ABŞ Səfirinin rezidensiyasında keçirilən görüşü Qriqol Vaşadze yenə şərhsiz tərk etdi

ABŞ Səfirinin rezidensiyasında siyasi partiya liderlərinin ikinci görüşü keçirildi.

Görüşdə “Milli Hərəkatın” sədri Qriqol Vaşadze də iştirak edirdi, ancaq ilk görüşdə olduğu kimi, Vaşadze görüşü bu səfər də şərh vermədən tərk etdi.

Siyasi partiyaların liderlərinin bəyanatına görə, danışıqlar hələ başa çatmayıb və üçüncü görüş də planlaşdırılır.

Noyabrın 12-də, ABŞ səfirinin rezidensiyasında siyasi tərəflər arasında ilk görüş keçirilmişdi. İlk görüşdən sonra da Qrioql Vaşadze dialoqla bağlı şərh vermədən getmişdi.