ABŞ səfiri Keli Deqnan İkinci Ereklenin tarixi sarayını və Aleksandre Çavçavadzenin muzeyini ziyarət etdi

Amerika Birləşmiş Ştatlarının Gürcüstandaki səfiri Keli Deqnan gürcü kralı İkinci Ereklenin tarixi sarayını və Aleksandre Çavçavadzenin muzeyini ziyarət etdi və oradaki unikal eksponatları gözdən keçirdi.

Səfirin bəyanatına görə, o Telavi şəhərinin meri Şota Narekaşvili və Kaxeti bölqəsinin qubernatoru İrakli Kadagişvili ilə görüşdü.

Onlar turizmin inkişafı və pandemiya fonunda yaxınlaşan parlament seçkilərini müzakirə etdilər.