ABŞ Konqresinin nümayəndələr palatasının xarici əlaqələr komitəsi - Rusia destruktiv hərəkətlərini dərhal dayandırmalıdır və Gürcüstanın ərazi bütövlüyünə hörmət etməlidir
Gürcüstanda Xaşuri rayonunun Çorçana kəndinin yanında baş verən hadisələrlə bağlı ABŞ Konqresinin nümayəndələr palatasının xarici əlaqələr komitəsi bəyanat yayır.
Mikrobloq “Tvitter” səhifəsində yerləşdirilən bəyanatda qeyd olunur ki, Rusiya destruktiv hərəkətlərini dərhal dayandırmalıdır və Gürcüstanın ərazi bütövlüyünə və suverenliyə hörmət etməlidir.
“Rusiya tərəfindən Cənubi Osetiyanın militarizasiyası narahat edici və qeyri-məqbuldur. Putin və onun iqtidarı başqa millətlərin suverenliyinə hörmətsizlik etməyə davam edir. Rusiya destruktiv hərəkətlərini dərhal dayandırmalıdır və Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməlidir” – deyilir ABŞ Konqresinin nümayəndələr palatasının xarici əlaqələr komitəsinin bəyanatında.