ABŞ Konqresində Gürcüstanı dəstəkləyən rezolyusiyanın həyata keçirilməsi başladı
Mayın 24-də ABŞ Konqresində Gürcüstanı dəstəkləyən rezolyusiyanın həyata keçirilməsi başladı.
Rezolyusiya Gürcüstanın Müstəqilliyinin 100 illik yubileyinə həsr olunur və ABŞ-ın Gürcüstana olan xüsusi dəstəyini vurğulayır.
Rezolyusiya həmçinin ABŞ və Gürcüstan arasında Müdafiyə və Təhlükəsizlik sahəsində partnyorluğun dahada genişləndirilməsini və gücləndirilməsini dəstəkləyir.
Bununla yanaşı ABŞ Konqresi Gürcüstanın ayrılmaz hissəsi olan ərazilərin – Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğal edilməsini sərt şəkildə qınayır və Rusiyaya öz hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxardması üçün müraciət edir.