ABŞ-ın Müdafiyə büdcəsi qanunlayihəsində Gürcüstan üçün müəyyənləşdirilən məbləğ 132 025 000 ABŞ dollarını təşkil edir
Bu gün 2020-ci ilin “ABŞ Milli Müdafiyəsinin avtorizasiya aktının” tam mətni yayıldı.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ Milli Müdafiyə büdcəsindən 2020-ci ildə, Gürcüstan üçün ayrılan məbləğ 132 milyon dollardır və bu da gürcü-amerikan münasibətləri tarixindəki ən yüksək göstəricidir.
Qeyd olunan akt ABŞ prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə mindi.