ABŞ-ın Gürcüstandakı səfirliyi - Hepatit C-nin eliminasiyası proqramının cari hesabatı Gürcüstanda bu baxımdan əldə olunmuş irəliləyişi vurğulayır
ABŞ-ın Gürcüstandakı səfirliyi - Hepatit C-nin eliminasiyası proqramının cari hesabatı Gürcüstanda bu baxımdan əldə olunmuş irəliləyişi vurğulayır

 
Hepatit C-nin eliminasiyası proqramının 2020-2021-ci illərə olan cari hesabatına əsasən, Gürcüstanda bu vaxt üçün 2,3 milyon yetkin insan hepatit C-nin skrininqindən keçib, onlardan 96,000-dən çoxunda xroniki infeksiya aşkarlanıb və 78,000-i müalicə olunub.

ABŞ-ın Gürcüstandakı səfirliyinin yaydığı məlumatda da qeyd olunduğu kimi, bu yaxınlarda dərc olunmuş cari hesabat bu baxımdan Gürcüstanda əldə edilən irəliləyişi vurğulayır.

“Gürcüstan ABŞ-ın Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzlərinin dəstəyi ilə hepatit C və B-nin eliminasiyası istiqamətində işləri davam etdirir. Bu yaxınlarda dərc olunmuş cari hesabat bu baxımdan Gürcüstanda əldə edilən irəliləyişi vurğulayır. Bu vaxt üçün 2,3 milyon yetkin insan hepatit C-nin skrininqindən keçib, onlardan 96,000-dən çoxunda xroniki infeksiya aşkarlanıb və 78,000-i müalicə olunub. Müalicəsi başa çatan pasiyentlərin 98%-dən çoxu xəstəlikdən sağalıb. 2021-ci ildə ölkə miqyasında aparılan seroprevalentlik tədqiqat göstərdi ki, xroniki hepatit C-yə yoluxanların sayı 2015-ci ildə 5,4%-dən 2021-ci ildə 1,8%-ə qədər azalıb. Hepatit B baxımından ölkə üzrə uşaqların peyvənd olunma göstəricisi yenə də yüksəkdir və regional nəzarət məqsədlərinə nail olunduğunu təsdiqləyir” -deyə yayılmış məlumatda deyilir.