ABŞ-ın Dövlət Katibi Mayk Pompeonun Gürcüstana rəsmi səfəri başladı

ABŞ-ın Dövlət Katibi Mayk Pompeo Gürcüstana gəldi.

Mayk Pompeoyu hava limanında Xarici İşlər Naziri Davit Zalkaniani, ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan və Gürcüstanın ABŞ-daki səfiri Davit Bakradze qarşıladılar.

Səfər çərçivəsində, dövlət katibi Gürcüstanın baş naziri Giorgi Qaxaria, prezidenti Salome Zurabişvili və Xarici İşlər Nazirli Davit Zalkaliani ilə görüşəcək.

Mayk Pompeo Tbilisidə Gürcüstanın Katalikos-Patriarxı İkinci İlia ilə də görüşəcək.

Səfər çərçivəsində keçirilən görüşlərdə tərəflər Gürcüstanda və regionda mövcud olan vəziyyəti və təhlükəsizliyin təmin edilməsi məsələsini müzakirə edəcəklər. Tərəflər həmçinin, həyata keçirilən demokratik və iqtisadi islahatları da müzakirə edəcəklər.

Səfər zamanı Amerika Birləşmiş Ştatlarının Gürcüstana və onun ərazi bütövlüyünə və avro-atlantik inteqrasiasına olan dəstəyi yenə bir daha təsdiqlənəcək.

Qeyd olunmalıdır ki, Dövlət Katibinin Gürcüstana səfəri qlobal pandemiya şərtlərinə həyata keçirilir.

ABŞ-ın dövlət katibi Gürcüstandan sonra İsrailə gedəcək.