ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndələri və senatorları Gürcüstana dəstək bəyanatları verdilər

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dekabrın 3-də “ABŞ-ın Rusiyaya qarşı siyasətinin gələcəyi” adlı iclas keçirildi, hansında ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heyli və dövlət katibinin beynəlxalq təhlükəsizlik  məsələləri üzrə yardımçısı Kristofer Ford çıxış etdilər.

Gürcüstanın Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Senatın xarici əlaqələr komitəsinin sədri, senator Ceims Riş öz giriş sözündə, Rusiyanın Gürcüstana qarşı aressiyasını qınayan bəyanatlar verdi.

“Rusiya Federasiyasına görə, bu gün dünya təhlükə altındadır və tam azad deyil” – dedi senator Riş.

Gürcüstana dəstək bəyanatlarını Xarici Əlaqələr Komitəsinin həm-sədri, senator Bob Menendes də verdi.

ABD Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Devid Heylinin bəyanatına görə isə, ABŞ partnyorları olan Gürcüstan və Ukraynaya yardım üçün üzərinə əhəmiyyətli maddi öhdəlik götürüb.

Gürcüstan və Ukraynaya dəstək bəyanatlarını senatorlar Mit Romni və Kori Qardner də verdilər.