ABŞ-ın Dövlət Departamenti ABŞ və Gürcüstanın strateji partnyorluğunun 10 illiyinə həsr olunan birgə deklarasiya yayır
ABŞ-ın Dövlət Departamenti ABŞ və Gürcüstanın strateji partnyorluğunun 10 illiyinə həsr olunan birgə deklarasiya yayır

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin veb-səhifəsində ABŞ və Gürcüstanın strateji partnyorluğunun 10 illiyinə həsr olunan birgə deklarasiya yayılıb.

Sənəddə deyilir ki, iyunun 11-də ABŞ və Gürcüstanın strateji partnyorluğunun 10 illik yubileyi qeyd olunur və həmin gün ABŞ və Gürcüstan yenə bir daha, iki ölkə arasındaki strateji partnyorluğu və dostluğun əsas prinsiplərini təsdiqlədilər.

„2009-cu ildən etibarən, ABŞ və Gürcüstan, Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün birlikdə çalışırlar. Bizim əsgərlərimizi birlikdə İraqda və Əfqanistanda mübarizə aparırdılar. ABŞ Gürcüstanı dəstəkləməyə davam edir və həyata keçirdiyi islahatları salamlayır” – deyilir sənəddə.

Dövlət Departamentinin veb-səhifəsində yayılan deklarasiyada Rusiyanın Gürcüstana qarşı aqressiyası və Gürcüstanın özünü müdafiyə etməsi üçün NATO-ya inteqrasiyasının zərurəti haqqında da söz edilir.

Sənəddə xüsusi ilə vurğulanır ki, ABŞ Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyir.