Rusiyada "xarici agent" olaraq fiziki şəxslərin də bəyan edilməsi mümkün olacaq
Rusiyada "xarici agent" olaraq fiziki şəxslərin də bəyan edilməsi mümkün olacaq

Vladimir Putin “xarici agent” olaraq fiziki şəxslərin də bəyan edilməsinə imkan verən qanuna imza atdı.  Rusiya prezidenti tərəfindən imzalanmış qanuna əsasən, Kremlin “xarici agent” kimi tanıdığı mediavasitələrinin siyahısı genişləndirildi.

Qanuna əsasən “xarici agent” statusunun yalnız mediavasitələrinə deyil, həmçinin fiziki şəxslərə verilməsi mümkündür.

Qanuna edilən bu dəyişiklik imkan verir ki, “xarici agent” olaraq bəyan edilmiş mediavasitələr tərəfindən dərc olunmuş informasiyanı sosial şəbəkə ilə paylaşan istənilən insanı “xarici agent” olaraq bəyan etsin.

Bu qanunla bağlı ABŞ Dövlət Departamenti narahatlığını bildirdi.