ABŞ Dövlət Departamenti - Rusiya qonşu ölkələrini və onların arasında Gürcüstanı təhdid edir
ABŞ Dövlət Departamenti - Rusiya qonşu ölkələrini və onların arasında Gürcüstanı təhdid edir

Rusiya qonşu ölkələrini və onların arasında Gürcüstanı təhdid edir.

Bu barədə bəyanatı ABŞ Dövlət Departamentinin mətbuat spikeri Hizer Nauert Twiiter-də yayıb.

“Bugün NATO soyuq müharibədən sonra, indiyə qədər olduğundan daha fəaldır. Bugün biz diqqətimizi  Rusiyanın davam edən aqressiyasına və onun qonşu ölkələrini təhdid siyasətinə yönəldmişik. Rusiya Ukraynada, Gürcüstanda və Suriyədə destabilizator rolunu roynayır. NATO isə, müdafiyə alyansıdır, hansı ki, Rusiya tərəfindən həmçinin təhdid edilir” – yazır Nauert.

Xatırladaq ki, ABŞ-ın yeni Dövlət Katibi Maik Pompeo  Brüsseldə səfərdədir və NATO-nun baş katibi ilə görüş keçirir.

Görüşün əsas mövzusu Rusiya təhlükəsidir.