ABŞ Dövlət Departamenti - Müxalifətə müraciət edirik, parlamentə daxil olsunlar, orada dəyişikliklər etsinlər, boykot etmək daha öncə gördüyümüz filmə yenidən baxmağı xatırladır
ABŞ Dövlət Departamenti - Müxalifətə müraciət edirik, parlamentə daxil olsunlar, orada dəyişikliklər etsinlər, boykot etmək daha öncə gördüyümüz filmə yenidən baxmağı xatırladır

Müxalifətə müraciət edirik, parlamentə daxil olsunlar, daha yaxşı seçki şəraitlərinin olması üçün, orada dəyişikliklər həyata keçirsinlər, boykot etmək daha öncə gördüyümüz filmə yenidən baxmağı xatırladır və nə biz, nə də onlar eyni hadisələri yenidən görmək istəmirik, – bu barədə bəyanat ABŞ Dövlət deprtamentində keçirilən brifinqdə verildi.

“Müxalifət və iqtidar danışıqlar masasına geri qayıtmalıdırlar və parlamentdə birgə əməkdaşlıq planı haqqında müzakirələr aparmalıdırlar. Müxalifət nümayəndələri parlamentə daxil olub, orada müvafiq dəyişikliklər həyata keçirməlidirlər ki, növbəti seçkilərin nəticələri onlar üçün daha məqbul olsun” – deyilib ABŞ Dövlət Departamentinin brifinqində.