ABŞ-a səfərə qədər 14 gün ərzində Şengen zonasında olan vətəndaşlara ABŞ-a daxil olmaq qadağan ediləcək
ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti Donald Tramp tərəfindən qoyulan məhdudiyyətlər barədə açıqlama yayır.
İdarə tərəfindən yayılan pres-relizə əsasən, ABŞ-a səfərə qədər 14 gün ərzində Şengen zonasında olan vətəndaşlara ABŞ-a daxil olmaq qadağan ediləcək.
Bu məhdudiyyət ABŞ-da yaşayan vətəndaşlara aid deyil.
“Amerika millətinin təhlükəsizliyinin qorunması ABŞ prezidentinin ən başlıca məqsədidir. Prezident təhlükəli zonalarda olan xarici vətəndaşları ABŞ-a daxil etməməklə, amerikalıların təhlükəsini qorumağa çalışır. Prezidentin sərt, ancaq vacib qərarını alqışlayırıq” dedi ABŞ-ın Təhlükəsizlik katibi Çed Vulf.
Çed Vulfun dediyinə görə, yanvar və fevral aylarında ABŞ iqtidarı eyni məhdudiyyətləri Çindən və İrandan gələn vətəndaşlar üçün qoymuşdu və daha bu tədbirlərin effektiv olduğu məlum olmuşdu.
Xatırladaq ki, Donald Tramp Avropadan yolçuların qəbul edilməsini 30 gün müddəti ikə dayandırır, ancaq bu qadağanın yük nəqliyyatına aidiyyatı yoxdur.