Çinin səfiri - Gürcüstan hökuməti virusun yayılmasının qarşısının alınması istiqamətində təcili və güclü tədbirlər gördü
Baş nazirin rəhbərlik etdiyi Gürcüstan hökuməti, tam səfərbərlik üçün təcili və güclü tədbirlər gördü. Hökümət tərəfindən təsis olunmuş mexanizm koronavirusun yayılmasının dayandırılmasında çox mühüm rol oynadı – bu barədə Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri, Li Yen Gürcüstanın Xarici İşlər nazirinin müavini Aleksandre Xvtisiaşvili ilə görüşdən sonra bildirib.
Nazir müavini Çin tərəfinə Koronavirusun qarşısının alınması tədbirləri çərçivəsində Gürcüstana göstərilən dəstəyinə görə təşəkkürünü bildirib.
Çinli diplomata virusun yayılması baxımından Gürcüstandakı vəziyyət barədə də məlumat verildi; Gürcüstan hökumətinin koronavirusla mübarizə üçün gördüyü tədbirlər;
Ayrıca, xəstəliyin sonradan yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə hansı qadağalar və ya məhdudiyyətlərin tətbiq ediləcəyinə dair məlumat verildi.
Çin səfiri, öz növbəsində, gürcü tərəfinə Çin Xalq Respublikasındakı mövcud vəziyyət, konkret olaraq desək, Çin hökumətinin xəstəliyin yayılmasının qarşısını almaq üçün hansı tədbirlər görməsi barədə məlumat verdi.
Tərəflər əlaqələndirilmiş qarşılıqlı fəaliyyət məqsədi ilə məlumat mübadiləsinin davam etdirilməsinə dair razılığa gəldilər.
Koronavirusun, COVID-19-un dünya miqyasında dinamik şəkildə yayılmasını nəzərə alaraq, Xarici İşlər Nazirliyi və Gürcüstanda akreditasiyadan keçmiş missiyalar arasında sistematik şəkildə məlumat mübadiləsi aparılır.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayır.
Müəllif: Sevinc Mustafayeva