Abiturientlər imtahan zamanı maskaları da çıxardacaqlar, kondisiyoner də işləyəcək

“İmtahan zamanı abiturientlər tibbi maskalarını çıxarda biləcəklər və müəyyən şərtlərdə, kondisiyoner də işləyəcək”, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.

“Məlum olduğu kimi, milli imtahanlar iyulun 6-da başlayır və iyulun 25-nə qədər davam edəcək. Bugün abiturientləri və onların valideynlərini narahat edən məsələləri səhiyyə sektoru ilə görüş zamanı müzakirə etdik. İmtahan zalına tibbi maska ilə gedən abiturient, imtahan başlayanda, öz masasında maskayı çıxarda biləcək, çünki digər abiturientlərlə məsafə qorunmuş olacaq. Pəncərələr açıq olacaq, ancaq zalda 30 dərəcədən artıq isti olsa, kondisiyoner də qoşulacaq” – dedi baş nazir.

Onun dediyinə görə, imtahan zamanı abiturientlər üçün komfortlu mühit təmin ediləcək.

“Müvafiq rekomendasiyaları Ümumdünya Səhiyyə Təşkilatından da aldıq. Abiturientlərimiz üçün komfortlu mühiti təmin edəcəyik” – dedi Giorgi Qaxaria.