Abiturient imtahanadan hansı hallarda çıxardılacaq - Nazirliyin açıqlaması
Abiturient imtahanadan hansı hallarda çıxardılacaq - Nazirliyin açıqlaması

Səhiyyə Nazirliyi rekomendasiyalar yayır, hansıların nəzərə alınmadığı halda, abiturient imtahan zalından çıxarılacaq.

Rekomendasiyalara əsasən, imtahanlardan bir neçə gün əvvəl müvafiq simptomları olan abiturient PCR testdən keçməlidir. Xronik xəstəliyi olduğu halda isə, həkimdən müvafiq arayış almalıdır.

Covid-19-la bağlı Milli İmtahanlar zamanı nəzərə alınacaq bütün rekomendasiyalar detallı şəkildə Gürcüstanın Səhiyyə Nazirliyinin veb-səhifəsində (www.moh.gov.ge) təqdim edilir.

İmtahan zamanı, hər imtahan masasına şəffaf baryer qoyulacaq. Masalar arasında məsafə 2 metr olacaq. Ardıcıl düzülən masaların arasında isə, bir metr olacaq.

Hər bir abiturientə yeni tibb maskaları veriləcək, ancaq özləri ilə də gətirə bilərlər.

İmtahan zalına daxil olana qədər abiturientlər termoskriniqdən keçəcəklər.

Abiturientlər Milli Sağlıq Mərkəzinin bütün tövsiyyələrini nəzərə almalıdırlar.

Bütün gərəkən rekomendasiyaları Səhiyyə Nazirliyinin rəsmi veb-səhifəsindən oxuya bilərsiniz.

Abiturientin yanında şəxsiyyət vəsiqəsi və imtahan kartı olmalıdır.

Koronavirusla bağlı təhlükəsizlik qaydalarını pozan abiturientə töhmət veriləcək. İkinci dəfə pozduğu halda isə, imtahan zalından qovulacaq.

Əvvəlki illərdə olduğu kimi, imtahan mərkəzləri Tbilisidə, Rustavidə, Qoridə, Axaltsixedə, Telavidə, Kutaisidə, Batumidə, Zuqdididə, Potidə, Ozurgetidə və Xuloda olacaq.

İmtahan mərkəzlərində polis və tibb məntəqələri işləyəcək.

İmtahan prosesi kameralara çəkiləcək.