31 Oktyabr seçkilərində, stasiyonar müalicə müəssisələrində və öz təcriddə olan 10 845 seçici də iştirak edə biləcək
Mərkəzi Seçki Komisiyası təcriddə olan seçicilərin xüsusi siyahısını təsdiqlədi.
MSK-nın məlumatına görə, daşınan seçki qutusu vasitəsi ilə, stasiyonar müalicə müəssisələrində və öz təcriddə və yaxud karantində olan 10 845 seçici də iştirak edə biləcək.
MSK tərəfindən təsdiqlənən xüsusi siyahıya əsasən, öz təcriddə olan seçicilərin sayı 3 695-dir, stasiyonar müəssisələrdə və karantində olanların və onların arasında, tibb personalının sayı 7 150-yi təşkil edir.
Təcriddə olan seçicilərə xidmət edən xüsusi qrupların üzvlərinə, seçki subyektlərinə, müşahidəçi missiyalarına və səs vermə prosesinə müşahidə edən medya nümayəndələrinə gəlincə isə, onların sayı 1917-dir.
MSK-da bəyan edirlər ki, oktyabrın 30-da, izolyasiyada olan şəxslər, daşınan qutu vasitəsi ilə seçkilərdə iştirak edə biləcəkləri haqqında telefon mesajları alacaqlar.
127 xüsusi seçki məntəqəsi, seçicilərə 311 daşınan seçki qutusu ilə xidmət edəcək.
“Daşınan seçki qutusunu tələb edən 9 940 vətəndaş bizə özü müraciət etdi və təcriddə olduğunu bildirdi.
Stasiyonar müalicə müəssisində və karantində olan vətəndaşlara isə, seçkilərdə necə iştirak edə biləcəkləri ilə bağlı informasiya flaerləri paylandı”, – deyilir MSk-nın bəyanatında.