300 larilik bir dəfəlik yardım tələbi ilə Batumidə növbəti aksiya keçirildi

Türkiyədə işlə təmin edilən vətəndaşlar bugün Batumidə növbəti etiraz aksiyası keçirdilər.

Onlar hökümətdən 300 larilik yardım tələb edirlər.

Aksiya iştirakçıları bəyan edirlər ki, onlar Türkiyəyə hər gün keçə bilirdilər və indi bir qəpiksiz qalıblar.

Etiraz edənlərin məlumatına görə, pandemiya şərtlərində, praktiki olaraq, hər cür maliyyə yardımları dayandırıldı.

“Biz kimsəyi hədələmirik, ancaq iqtidar nəzərə alsın ki, biz ac qalmışıq, ya sərhədi açsın Türkiyəyə gedək, ya da bizə 300 larilik yardım versin. Cavab alana qədər buradan getməyəcəyik” – deyir aksiya iştirakçılarından biri Manana Şanidze.

Türkiyədə işləyən şəxslər bugün artıq üçüncü aksiya keçirdilər.