26 may tarixində geniş miqyaslı tədbirlər keçirilməyəcək, baş nazir Müstəqillik Gününü Vazianidə, silahlı qüvvələrlə birlikdə qeyd edəcək
Dünya pandemiyasından irəli gələrək, bu il Gürcüstanın Müstəqillik Gününün qeyd edilməsi üçün geniş miqyaslı tədbirlər keçirilməyəcək.
Dövlət başçısı Giorgi Qaxaria mayın 26-da Müstəqillik Gününü Vaziani hərbi bazasında Gürcüstanın silahlı qüvvələri ilə bərabər qeyd edəcək.
Bu barədə məlumatı baş nazirin mətbuat katibi İrakli Çikovani verdi.
“Çox sayda insan toplaşmasından baş qaçırdmaq məqsıdi ilə, bu il 26 may tarixində geniş miqyaslı bayram tədbirləri keçirilməyəcək. Dövlət qurumları müstəqillik gününü özləri üçün müvafiq formada qeyd edəcəklər. İqtidara gəlincə isə, baş nazir müstəqillik Gününü Vaziani hərbi bazasında, Gürcüstanın Silahlı Qüvvələri ilə birlikdə keçirəcək” – dedi İrakli Çikovani.