251 qaçqın ailəsinə “Dirsidən” yaşayış mənzilləri verildi.
Gürcüstanın baş naziri Giorgi Qaxarianın bəyanatına görə, bugünki qərar dənizdə damladır, ancaq qaçqın uşaqlarının gələcəyi haqqında qayğı davam edəcək.
Müharibə nəticəsində qaçqın olanlardan 251 ailəyə bugün yaşayış mənzilləri verdik, təbii ki, bu sadəcə dənizdə bir damladır, ancaq biz mərhələ şəklində bütün qaçqınları yaşayış evləri ilə təmin edəcəyik” – dedi baş nazir.
Qaçqınlara ev verilmə mərasimində Səhiyyə Naziri Ekaterine Tikaradze və Almaniya səfiri Hubert Knirş iştirak edirdilər.
Bir neçə ailəyə yaşayış mənzillərinin açarını baş nazir şəxsən verdi.






