23 yaşlı Tamar Baçaliaşvilinin işlədiyi şirkətdə DİN əməkdaşları yoxlayış keçirirlər

23 yaşlı Tamar Baçiaşvilinin işlədiyi şirkətdə DİN əməkdaşları yoxlayış keçirirlər.

Yayılan məlumata görə, hüquqmühafizəçilər şirkət əməkdaşlarını danışdırırlar.

Tamar Baçaliaşvili “Zeqi” şirkətində işləyirdi.

Şirkətin direktoru medyaya açıqlama verdi və bildirdi ki, Tamar Baçaliaşvilinin şirkətlə heç bir problemi olmayıb.

Xatırladaq ki, gənc proqramist Tamara Baçalişavili dörd gün öncə evdən çıxdı və geri qayıtmadı. Bugün isə, onun cəsədi Tetritskaro meşəsində, öz maşınında tapıldı.