2020-ci ilin yaz aylarında Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğanın Gürcüstana səfəri planlanır.
Bu barədə məlumatı Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancğava verdi.
Diplomat qeyd etdi ki, 2020-ci ilin fevral ayında Ankarada Türkiyə Gürcüstan strateji komisiyasının iclası keçiriləcək.
“Biz razılaşdıq ki, komisiya iclasından sonra, may ayında prezident Erdoğan Gürcüstana səfər edəcək” – dedi Giorgi Cancğava.