2020-ci il Çin "Qranprisi" keçirilməyəcək
2020-ci il Çin "Qranprisi" keçirilməyəcək

Formula 1-in 2020-ci il təqvimində bir yarışla az olacaq. Şanxay İdman Federasiyası rəsmi bəyanatla çıxış etdi ki, bütün tədbirlər koronavirus epidemiyasının başa çatmasına qədər ya təxirə salınıb və ya ləğv olunub.

Beləliklə Çin “Qranprisi” rəsmi olaraq ləğv olunubdur. Bununla yanaşı, Avto İdman Beynəlxalq Federasiyası bununla bağlı hələlik rəsmi bəyanat verməyib.

Çin “Qranprisinin” keçirilməsi 19 aprel üçün planlaşdırılmışdı.