200-nəfərlik məhdudlaşdırma seçkilərlə bağlı tədbirlərə aid olmayacaq
200-nəfərlik məhdudlaşdırma seçkilərlə bağlı tədbirlərə aid olmayacaq, – bu barədə bəyanatı iqtidar administrasiyasının rəhbəri Natia Mezvrişvili, koordinasiya şurasının iclası başa çatdıqdan sonra keçirdiyi brfinqdə verdi.
Mezvrişvili seçki subyektlərinə müraciət etdi ki, seçkilərlə bağlı tədbirlərdə də sosiyal məsafə orientirlərini nəzərə alsınlar və tibbi maska taxsınlar.
“Başa düşürük ki, seçki kampaniyaları aparılır və təbii ki, 200 nəfərlik yığıncaqlara olan qadağan seçkilərlə bağlı tədbirlərinə aid deyil. Sadəcə olaraq, yüksək vətəndaş məsuliyyətimizi üzərimizə götürək və səhiyyə nazirliyinin requlyasiyalarını – iki metrlik sosiyal məsafəyi qoruyaq və tibbi maska taxaq” – dedi Natia Mezvrişvili.