20-21 iyun hadisələrinin istintaqı hökümət çevrilişi və iqtidarın zorla ələ keçirilməsi maddələri ilə aparılır
20-21 iyun hadisələrinin istintaqı hökümət çevrilişi və iqtidarın zorla ələ keçirilməsi maddələri ilə aparılır

20-21 iyun hadisələrinin istintaqı hökümət çevrilişi maddəsi ilə davam edir , – bu barədə bəyanat Gürcüstanın Baş Prokurorluğunda bugün keçirilən brifinqdə verildi.

İstintaq orqanında qeyd edirlər ki, həmçinin, intensiv rejimdə 20-21 iyun tarixində, Rustaveli caddəsində baş verən hadisələr zamanı, polis qüvvələri tərəfindən gərəyindən artıq gücün istifadə edilməsi faktları ilə bağlı da istintaq aparılır.

“Məsələ ilə bağlı xüsusi istintaq qrupu yaradıldı. Hazırki mərhələ üçün istintaq çərçivəsində, 170 nəfər sorğulandı. Onların arasında zərər çəkən vətəndaşlar və hadisə yerində işləyən jurnalistlər də var.

İstintaq prosesinin şəffaflığını təmin etmək məqsədi ilə, Gücüstanın baş prokuroluğu xalq müdafiyəçisi aparatı və qeyri-hökümət təşkilatları ilə sıx əməkdaşlıq edir.

İstintaq hüquqmühafizəçilər tərəfindən gərəyindən artıq gücün istifadə edilməsinin ayrı-ayrı epizodlarını detallı şəkildə öyrənir” – deyilir prokurorluğun bəyanatında.