152-ci uşaq bağçasının 28 uşağı tuberkulyoz mərkəzində müainədən keçir

Müəllimləri tuberkulyoz ilə xəstələnən, 152 saylı uşaq bağçasının 28 uşağı təcili tibbi müainədən keçirilir.

Tuberkulyoz mərkəzinin rəhbəri Zaza Avaliani bəyan edir ki, 28 uşağın müainəsi bugün keçiriləcək.

Həkimin dediyinə görə, sadəcə müəllimlə bilavasitə ünsiyyəti olan uşaqlar təhlükə altında ola bilərlər. Digər qrupun uşaqları üçün isə, müainədən keçmək çox da zəruri deyil.

“Xəstəlik erkən mərhələdə aşkarlandı. Tuberkulyoz ancaq yaxın ünsiyyət zamanı nəfəs ilə yoluxa bilər. Ona görə də, ancaq xəstələnən müəllimlə ünsiyyətdə olan uşaqlar risk altında ola bilərlər” – dedi Zaza Avaliani.