Tbilisidəki uşaq bağçalarının birinin pedaqoqunda tuberkulyoz simptomları aşkarlandı

Tbilisidəki uşaq bağçalarının birinin pedaqoqunda tuberkulyoz simptomları aşkarlandı və prevensiya olaraq, həmin qrupun uşaqları xüsusi yoxlayışdan keçiriləcəklər.

Bu barədə məlumat Uşaq Bağçalarının İdarə Agentliyi tərəfindən yayılan bəyanatda deyilir.

“Tbilisinin 152 saylı uşaq bağçasının pedaqoqunda tuberkolyoz işarələri aşkarlandı. Müəllim hazırda müalicə kursunu keçir.

Pevensiya məqsədi olaraq, həmin müəllimin işlədiyi qrupun uşaqları da xüsusi tibbi yoxlayışdan keçəcəklər.

Bu məsələ ilə bağlı xərcləri tam olaraq, Uşaq Bağçalarının İdarə Agentliyi ödəyəcək” – deyilir agentliyin bəyanatında.