13 iyun faciəsindən 7 il ötür
13 iyun faciəsindən 7 il ötür

 

 

21 ölü, iki itkin və minlərlə zərərçəkmiş vətəndaş- 13 iyun fəlakətindən yeddi il ötür.

2015-ci ildə baş vermiş təbii fəlakət yaşayış evlərini, yolları, körpüləri, tunelləri, istinad divarlarını, kommunikasiya sistemlərini dağıtmışdı. “Mziuri”nin ərazisi və zoopark tamamilə su altında qalmışdı. Zooparkın sakinlərinin bir hissəsi təbii fəlakət zamanı tələf olmuşdu. Şəhərin infrastrukturu, o cümlədən Vake-Saburtalo estakadası, Kojori-Samadlonu birləşdirən yol, Axaldaba-Tskneti yolunun bir hissəsi zərər görmüşdü.

Mirian Meladzenin 2015-ci ilin 13 iyun təbii fəlakətinin nəticələri haqqında fotoları.