109 saylı uşaq bağçası uşaqlarının valideynləri bağçanın bağlanılmasına etiraz edirlər (video)

Tbilisidə, İsani rayonunda 109 saylı uşaq bağçası uşaqlarının valideynləri bağçanın bağlanılmasına etiraz edirlər.

Az öncə onlar Beri Qabriel Salosi küçəsini bağladılar. Hadisə yerinə polis səfərbər olunub. Təcili tibbi yardım xidmətini də çağırası oldular, çünki aksiyanın iştirakşılarından biri pis oldu.

Valideynlərin dediyinə görə, bağçanın bağlanması barəsində səsləndirilən səbəb gerçək deyil və burada mehmanxananın tikilməsini planlaşdırırlar.

Rəsmi məlumata görə, aprelin 18-dən bağça Samsaxaruili adına Milli Ekspertizanın yekununa əsasasən bağlanır. Tbilisi Uşaq Bağçaları İdarəsi Agentliyində bəyan edirlər ki, yekuna əsasən 109 saylı uşaq bağçası binasının əsas hissəsinin texniki durumu ikinci kateqoriyaya məxsusdur, yəni bərkidilməyə ehtiyyacı var.