Kaxa Kaladze - bir şeyi bilirəm ki, uşaq bağçasına kimsə toxuna bilməz
Kaxa Kaladze - bir şeyi bilirəm ki, uşaq bağçasına kimsə toxuna bilməz

109 saylı uşaq bağçası barəsində Samxarauli Bürosundan qəbul etdiyimiz yekun qərarda bir başa yazılıbdır ki, bu problemli bağçadır və uşaqların orada olması təhlükəlidir, – Bu barədə Kaxa Kaladze 109 saylı uşaq bağçasının bağlanması ilə bağlı verilən suala cavab olaraq bəyan etdi.

Kaxa Kaladzenin bəyan etdiyinə görə, 109 saylı uşaq bağçasının uşaqları müxtəlif bağçalara bölüdürüləcəklər.

“Bir şeyi bilirəm ki, uşaq bağçasına heçkim toxuna bilməz. Dinlədiyimiz bəyanatlar təəssüfləndiricidir. Çünki insanlarıq, əxlaq mövcuddur. Bunu necə edə bilərik ki, uşaqları aldadaraq oradan çıxaraq və sonra binanı sataq. Bu tamamilə qəbuledilməzdir. Bu təhqiredicidir. İctimaiyyət bizim yanaşmalarımızı yaxşı görür. Eşittiyimiz bəyanatlar həqiqətə uyğun deyil. Samxarauli Bürosundan qəbul etdiyimiz yekun qərarda bir başa yazılıbdır ki, bu problemli bağçadır və uşaqların orada olması təhlükəlidir. Buna görə də, biz uşaqları müxtəlif bağçalara bölüşdürdük ki, problemlər yaranmasın”, – Kaxa Kaladze bəyan etdi.