Vasil Mağlaperidze - "Teleməktəb" bir çox yeni idea yaratdı, layihələrdən biri "Bu Gürcüstandır", burada hər bir istedlı insan iştirak edə bilər
Vasil Mağlaperidze - "Teleməktəb" bir çox yeni idea yaratdı, layihələrdən biri "Bu Gürcüstandır", burada hər bir istedlı insan iştirak edə bilər

Sevinirəm ki, “Teleməktəb” layihəsi ictimaiyyət üçün bu qədər əhəmiyyətli oldu, bu isə, həvəslə doldurur, artıq qərar qəbul olunub ki, layihə davam etdiriləcək, – bu barədə Gürcüstanın Birinci Kanalının baş direktoru, Vasil Mağlaperidze bəyan etdi.

“Baxmayaraq ki, layihə spontan olaraq yarandı, onun həyata keçirilməsi Təhsil Nazirliyində, məktəblərdə, Gürcüstanın Birinci Kanalında olan intelektual baza ilə mümkün oldu. Biz gələcək barəsində düşünürük. Bir çox istiqamət olacaq. Onlardan biri qeyri-gürcü dilli əhalidə və gənclərdə gürcü dilinin öyrənilməsinin gücləndirilməsi və imkanların yaradılmasıdır.  Çox maraqlı kanal yaradılır, “Birinci Kanal – Təhsil” barəsində söhbət edirəm. Ölkəmizin ölçüsü və geosiyasi yerləşməsindən irəli gələrək, təhsil ən əsas prioritetdir. Bi bizin uğurumuzun əsasıdır. Buraya sözsüz ki, hər cür qatılmış olacağıq”, – Mağlaperidze bəyan etdi.

Bununla yanaşı, elə onun dediyinə görə, artıq gürcü cizgi filminə imkanların yaradılması üzrə müqavilə imzalandı.

“36 seriyalı cizgi filmini sifariş etdik. Bu layihə çərçivəsində müxtəlif növlü verilişlər planlaşdırırıq. Layihəmiz Avropada böyük diqqət cəlb etdi. “BBC” ilə çox fəal əməkdaşlıq edirik. Bəzi layihəni tərcümə edirik, bəzisini analoji formada həyata keçirəcəyik. Gürcüstanın Birinci Kanalı Avropa İctimai Yayımçılar ailəsinin tamhüququlu üzvü oldu”, – Mağlaperidze qeyd etdi.

Onun dediyinə görə, “Teleməktəb” bir çox yeni idea yaratdı, layihələrdən biri “Bu Gürcüstandır”, burada hər bir istedlı insan iştirak edə bilər.

“Bir çox istiqamətlə yenilik var. Əsas odur ki, gənc kollektivdir. Layilərimiz hamı üçün açıq olacaq. Yaxın zamanlarda böyük layihə – “Bu Gürcüstandır” elan ediləcək. Burada istənilən istedadlı insan iştirak edə biləcək – dostlar, məktəb şagirdləri, ailə üzvləri, nənələr, babalar, qohumlar. İlk başdan layihə distansiyalı olacaq. Sonra isə, distansiyalı elenmtlər də qorunub saxlanılacaq. Xüsusi studiyalar hazırlanır. Beləliklə gözləyək və yaxın günlərdə detallar barəsində də söhbət olacaq”, – Mağlaperidze bəyan etdi.