Vaxtanq Qomelauri Yaponiya səfiri ilə vida görüşünü keçirdi
Vaxtanq Qomelauri Yaponiya səfiri ilə vida görüşünü keçirdi

Gürcüstanın Daxili İşlər naziri, Vaxtanq Qomelauri Yaponiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri, Tadaharu Uahara ilə vida görüşünü keçirdi. Səfir Gürcüstanda fəaliyyətini başa çatdırdı.

DİN-in mətbuat xidmətinin məlumatına görə, Vaxtanq Qomelauri Yaponiya səfirinə Gürcüstana dəstəyinə görə, həmçinin, Daxili İşlər Nazirliyinin inkişafı və imkanlarının yaxşılaşdırılmasına edilmiş töfhəsinə görə, minnətdarlığını bildirdi.

Daxili İşlər naziri Yaponiya səfirinə gələcək fəaliyyətində uğurlar arzuladı.