Xarici İşlər nazirinin birinci müavini Yaponiyanın Gürcüstandakı səfiri ilə görüşdü
Xarici İşlər nazirinin birinci müavini Yaponiyanın Gürcüstandakı səfiri ilə görüşdü

Xarici İşlər nazirinin birinci müavini, Vaxtanq Maxaroblişvili Yaponiyanın Gürcüstandakı səfiri, Akira İmamura ilə görüşdü.

Maxaroblişvili söhbətin əvvəlində Akira İmamuranı səfir vəzifəsinə təyin olunması münasibətilə təbirik etdi və diplomatik fəaliyyətində uğurlar arzuladı.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə qlobal pandemiya çağırışları və onunla mübarizə prosesində əməkdaşlığın vacibliyi qeyd olundu.

Əməkdaşlığın sonrakı dərinşləşdirilməsi əhəmiyyəti barəsində söhbət zamanı, bir neçə istiqamətə xüsusi diqqət yetirildi, o cümlədən infrastruktur layihələrə və sair. Ticarət və biznesin inkişafına imkanlar yaradan, az öncə imazalanan iki hökumətlərarası müqavilə xüsusuilə qeyd olundu.

Gürcü tərəfi Yaponiya sərmayələrinin cəlb edilməsi ilə bağlı marağını ifadə etdi. Söhbət həmçinin təhlükəsizlik problematikasına da aid oldu.

Yaponiya səfiri Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarşı Yaponiyanın dəstəyini bir daha ifadə etdi.

Vaxtanq Maxaroblişvili Yaponiyalı diplomata Gürcüstanın xarici siyasəti prioritetləri barəsində məlumat çatdırdı. Avropa və Avroatlantik inteqrasiyası əhəmiyyətinə xüsusi diqqət yetirildi.

Söhbət zamanı ən uğurlu formatlardan biri olan, GUAM və Yaponiya əməkdaşlığına da toxunuldu. Cari ildə, GUAM-da Gürcüstanın sədrliyinin nəzərə alınması ilə, əməkdaşlığın daha da dərinləşdirilməsi barəsində hazırlıq ifadə olundu.