Sairme karantin zonasını bu gün 41 vətəndaş tərk etdi
Sairme karantin zonasını bu gün 41 vətəndaş tərk etdi

Sairme karantin zonasını bu gün 41 vətəndaş tərk etdi. Son tibbi yoxlamalar göstərdi ki, karantində olanların hamısı tamamilə sağlamdır və evlərinə qayıda bilərlər.

Səhərdən İmereti dövlət qubernatoru, Zviad Şalamberidze orada idi və vətəndaşların karantindən evlərinə buraxılmasında iştirak etdi. Karantin zonaları İmeretidə, həmçinin Gürcüstanın başqa yerlərində Milli Turizm Agentliyi tərəfindən təşkil edildi.

Hər 41 vətəndaşı evlərinə dövlət tərəfindən xüsusi ilə ayrılmış nəqliyyat vasitələri ilə qaytardılar.

Sairme karantin zonasına Fransadan qayıdan vətəndaşlar yerləşdirilmişdilər.