Rusiyada koronavirusun 10 888 yeni halı aşkar edildi
Rusiyada koronavirusun 10 888 yeni halı aşkar edildi

Rusiyada koronavirus hallarının sayı yenə artmaqdadır. Ölkədə son 24 saat ərzində koronavirusun 10 888 halı aşkar edildi, 117 pasiyent vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun bir milyon 225 mindən artıq təsdiq olunmuş halı aşkar edilib. Sağalananların ümumi sayı 982 324-ü təşkil edir. 21 475 insan vəfat edib.

Koronavirusa yoluxma halları sayı ilə Rusiya dünyada dördüncü yerdədir.