Polşada Gürcüstan vətəndışını qətlə yetirdilər
Polşada Gürcüstan vətəndışını qətlə yetirdilər

Polşada Gürcüstan vətəndışını qətlə yetirdilər.

Polşa mediasının məlumatına görə, insident Lipnis qəsəbəsində baş verdi. Yayılan məlumata görə, qətlə yetirilən 24 yaşındadır.

Daha bir Gürcüstan vətəndaşı, 38 yaşlı kişi yaralanıb.

Jurnalistlərin məlumatına görə, hadisə Lipnisdə yaşayan Gürcüstan və Ukrayna vətəndaşları arasında baş verdi.

İnsidentin iştirakçıları soyuq silahdan istifadə etdilər.

Baş verənlərlə bağlı Gürcüstanın iki və Ukraynanın bir vətəndaşı yaxalanıb.