Parlament fövqəladə vəziyyətin 22 maya qədər uzadılmasını dəstəklədi
Parlament fövqəladə vəziyyətin 22 maya qədər uzadılmasını dəstəklədi

Gürcüstan Parlamenti ölkədə fövqəladə vəziyyətin 22 maya qədər uzadılmasını dəstəklədi.

Məsələni bu gün Parlamentin fövqəladə sessiyasının plenar iclasında müzakirə etdilər və səsə qoydular. Fövqəladə vəziyyətin 22 maya qədər uzadılmasını 97 deputat dəstəklədi, 10 deputat əleyhinə səs verdi.

Fövqəladə vəziyyətin uzadılması məsələsi barəsində iclasda Gürcüstan prezidenti, Salome Zurabişvili söhbət etdi. Həmçinin, hökumət tərəfindən, məsələni hökumət administrasiyası rəhbəri, Natiya Mezvrişvili təqdim etdi.

Yeni koronavirus pandemiyasına görə, Gürcüstanda fövqəladə vəziyyət 21 martdan 21 aprelə qədər elan edildi. Salome Zurabişvili müddətin uzadılmasına imza atdı və müvafiq sərəncam dərc etdirdi.