Paata İmnadze - Facebook və İnstagram peyvəndlər haqqında yanlış məlumatı bloklayacaq
Paata İmnadze - Facebook və İnstagram peyvəndlər haqqında yanlış məlumatı bloklayacaq

Sosiyal şəbəkələr Facebookİnstagram “antivakserlərin”, yəni peyvənlərə qarşı olanlar tərəfindən, peyvəndlər haqqında yayılan yanlış məlumatı bloklayacaqlar.

Bu barədə bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Paata İmnadze verdi.

Onun dediyinə görə, Brüsseldə keçirilən Qlobal Vaksinasiya Sammitində (Global Vaccination Summit 2019) məhz imunizasiyanın əhəmiyyəti və “antivakserlərə” qarşı mübarizə yolları haqqında müzakirə aparıldı.

İmnadze deyir ki, “vaksinasiya ilə bağlı yayılan şaiələr sadəcə Gürcüstanda deyil, bütün dünyada o qədər narahat edici oldu ki, populyar sosiyal şəbəkələr bu yanlış məlumatları filtr etməyə və sadəcə elmi təsdiqlənmələrə əsaslanan faktları yaymağa qərar verdilər”.