Gürcüstanda qripə qarşı peyvəndlər noyabrın ilk günlərindən başlayacaq
Gürcüstanda qripə qarşı peyvəndlər noyabrın ilk günlərindən başlayacaq

Xəstəliklərə Milli Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin baş direktoru, Amiran Gamğrelidzenin bəyan etdiyinə görə, Gürcüstanda qripə qarşı peyvəndlər noyabrın ilk günlərindən başlayacaq.

Gamğrelidzenin qeyd etdiyinə görə, peyvəndlər risk qruplarına irəlcədən bölüşdürülüb.

“Pulsuz peyvəndlər Gürcüstana 29 oktyabrdan daxil olacaq və proses risk qrupları üçün noyabrın başlanğıcından başlayacaq. Bu barədə artıq müqavilə imzalanıb. Onun çərçivəsində Gürcüstana 100 minədn artıq qripə qarşı peyvənd daxil olacaq”, – Amiran Qamğrelidze bəyan etdi.