Nino Burcanadze - danışıqlar düşmənlə də aparılmalıdır, lakin məntiqi olardı ki, bu cür vəziyyətdə İrakli Ğaribaşvilini Arçil Talakvadze əvəz etsin
Nino Burcanadze - danışıqlar düşmənlə də aparılmalıdır, lakin məntiqi olardı ki, bu cür vəziyyətdə İrakli Ğaribaşvilini Arçil Talakvadze əvəz etsin

Heç bir təqdirdə hakimiyyətə imkan verməyəcəyik ki, danışıqları pozsun və bunda bizi günahlandırsın, – bu barədə “Vahid Gürcüstan” partiyasının lideri, Nino Burcanadze bəyan etdi.

Elə onun dediyinə görə, danışıqlar prosesində İrakli Ğaribaşvilini Arçil Talakvadze əvəz etməlidir.

“Sözsüz ki, danışıqlar hamı ilə aparılmalıdır, o cümlədən düşmənlə də. Lakin məntiqi və düzgün olardı ki, bu cür vəziyyətdə İrakli Ğaribaşvilini Parlamentin sədri olan Arçil Talakvadze əvəz etsin. İrakli Ğaribaşvilinin bu danışıqlar masası arxasında olması mənim üçün elə başdan anlaşılmaz idi”, – Burcanadze bəyan etdi.

Şərh yaz