Kristian Danielson - bütün partiyalara müraciət edirəm, təmin etsinlər ki, sabah Gürcüstan qələbə qazansın
Kristian Danielson - bütün partiyalara müraciət edirəm, təmin etsinlər ki, sabah Gürcüstan qələbə qazansın

Bütün partiyalara müraciət edirəm, təmin etsinlər ki, sabah Gürcüstan qələbə qazansın, – bu barədə Avropa Şurası prezidenti, Şarl Mişelin şəxsi nümayəndəsi, Kristian Danielson bəyan etdi.

Onun dediyinə görə, razılaşma baş versə yalnız qələbə qazananlar olacaqlar və ən əsas qalib gürcü xalqı olacaq.

“Prosesdə mən partiya liderlərinə dedim ki, sabah masaya mətn gətirəcəm. Bunun məqsədi gələcək üçün davamlı çərçivənin yaradılmasıdır. Bu təklif sistemli islahatlar lüzumluluğuna yönəlmiş olacaq ki, əhalinin məhkəmə və seçkilərə qarşı etimadı artsın. Yekunda isə, məsuliyyətin götürülməsi barəsində qərarları tərəflərin özləri verməli və imzalamalıdılar. Bu liderlər üçün imkanlar olacaq. Xatırlatmaq istəyirəm, hansısa razılaşma baş versə, qaliblər və uduzanlar olmayacaqlar, yalnız qələbə qazananlar olacaqlar və ən əsas qalib gürcü xalqı olacaq”,  – Danielson bəyan etdi.