NATO-nun baş katibi Türkiyyə prezidentinə zəng edərək bir daha üzr istədi
NATO-nun baş katibi Türkiyyə prezidentinə zəng edərək bir daha üzr istədi

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsən zəng etdi və NATO təlimləri zamanı baş verən insidentə görə bir daha üzr istədi.

Bu, Ərdoğana qarşı bildirilən artıq ikinci üzrdür. Ərdoğanın isə dediyinə görə, yalnız üzr yetərli deyil.

Dünən, Türkiyyə Norveçdə NATO təlimlərindən 40 hərbi xidmətçisini geri çağırdı. Buna səbəb isə, Rəcəb Tayyib Ərdoğanın və Kemal Atatürkün portletlərinin, norveç hərbiçisi tərədindən yanlışla “düşmən” stendinə yerləşdirməsi idi.

İnsidentə görə, Şimali Atlantik Alyansı rəhbərliyi Ankaradan üzr istədi.