Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusun dörd yeni halından biri Saburtalo ilə bağlıdır, ikisi karantin məkanındandır, biri isə, tibbi personaldır
Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusun dörd yeni halından biri Saburtalo ilə bağlıdır, ikisi karantin məkanındandır, biri isə, tibbi personaldır

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, Gürcüstanda aşkar edilən koronavirusun dörd yeni halından biri Saburtalo ilə bağlıdır, ikisi karantin məkanındandır, biri isə, tibbi personaldır.

Ezuqbaiyanın dediyinə görə, yeni virusa yoluxanlar arasında olanın hansı klinikanın əməkdaşı olduğu onun üçün məlum deyil.

Marina Ezuqbaiya qeyd edir ki, hazırda kovid-mərkəzlərdə 119 pasiyent müalicə olunur.

“Sağalananların sayı yenə də 84 faizdir. Hazırda kovid-mərkəzlərdə 119 pasiyent müalicə olunur. Koronavirusun dörd yeni halından biri Saburtalo ilə bağlıdır, ikisi karantin məkanındandır, biri isə, tibbi personaldır. Tibb işçisi klinikamızın əməkdaşı deyil”, – Ezuqbaiya bəyan etdi və əlavə etdi ki, İnfeksiya Xəstəxanasında koronavirusa yoluxan 43 pasiyet müalicə olunur.