Mamuka Baxtadze - "Rustavi-2"-nin efirindəki müraciəti provokasiya və Gürcüstanın təhlükəsizliyi üçün böyük təhlükə olan mesaj olaraq dəyərləndiririk
Mamuka Baxtadze - "Rustavi-2"-nin efirindəki müraciəti provokasiya və Gürcüstanın təhlükəsizliyi üçün böyük təhlükə olan mesaj olaraq dəyərləndiririk

“Bu provokatorların öz vətənlərinə qarşı apardığı müharibə və həmçinin, ölkənin və vətəndaşlarımızın təhlükəsizliyinə qarşı kirli və ağıla sığmaz  bir oyundur”, – bu bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze, “Rustavi-2” kanalının aparıcısı tərəfindən Rusiya prezidentinin ünvanına istifadə etdiyi təhqiramiz sözlərə cavab olaraq verdi.

“Rustavi-2 kanalının efirində gürcü ictimaiyyətinin izlədiyi hərəkət, qətiyyən qeyri-məqbuldur. Bu müraciəti provokasiya və Gürcüstanın təhlükəsizliyi üçün böyük təhlükə olan bir mesaj olaraq dəyərləndiririk.

Əminəm ki, Gürcüstan vətəndaşları və Gürcüstanın bütün dostları belə bir müraciətə üz döndərəcəklər və bunu çox təhlükəli bir provokasiya kimi dəyərləndirəcəklər” – dedi Mamuka Baxtadze.