Mamuka Baxtadze - Heç bir provokatora imkan verilməyəcək ki, seçki prosesinə mane olsun, qanun pozuntusu kimsəyə bağışlanmayacaq
Mamuka Baxtadze - Heç bir provokatora imkan verilməyəcək ki, seçki prosesinə mane olsun, qanun pozuntusu kimsəyə bağışlanmayacaq

Zuqdididə də, seçkilərin keçirildiyi digər rayonlarda olduğu kimi, seçkilər yüksək standartların qorunması ilə keçiriəcək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Qazaxstanda jurnalistlər tərəfindən verilən sualları cavablandırarkən verdi.

Hökümət başçısının dediyinə görə, qanun pozan hərkəsə müvafiq cavab veriləcək.

“Seçkilərin yüksək standartlarının qorunması ilə keçirilməsi bizim əhəmiyyətli nailiyyətlərimizdən biridir. Bundan irəli gələrək, heç bir provokatora imkan verilməyəcək ki, bu prosesə mane olsun və qanun pozuntusu kimsənin yanına qalmayacaq” – dedi Mamuka Baxtadze.