Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə, Ədliyyə Evi xüsusi iş rejiminə keçir
Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə, Ədliyyə Evi xüsusi iş rejiminə keçir

Yeni növ koronavirusun mümkün yayılmasının qarşısının alınması məqsədi ilə Ədliyyə Evi xüsusi iş rejiminə keçir və məhdudiyyətlər tətbiq edir.

Konkret olaraq desək Ədliyyə Evinin heç bir şöbəsi martın 14-dən başlayaraq iki həftə ərzində şənbə və bazar günlərində fəaliyyət göstərməyəcək.

Müvafiq olaraq, sözü gedən müddət ərzində , şənbə və bazar günləri sürətləndirilmiş qaydada xidmətlərin göstərilməsi mümkün olmayacaq.

Bununla yanaşı,bazar ertəsindən,martın 16-dan etibarən ,Tbilisinin Ədliyyə Evində, vətəndaşların hazır sənədlərinin verilməsi “just drive” pəncərəsindən mümkün olacaq ki, bu da Ədliyyə Evinin son qanadında, avtodayanacaq tərəfdə yerləşir.

Həmçinin ,martın 16-dan etibarən Qldanidəki İctimai Mərkəz fəaliyyətini bir həftəliyinə dayandırır. Məlumatı Ədliyyə Nazirliyinin Mətbuat Xidməti yayır.

 

Müəllif: Sevinc Mustafayeva