Şio Muciri - Tatunaşvilinin cəsədinin uğranması barəsində Rusiya Patriarxlığı ilə əlavə komunikasiya olmayıb
Şio Muciri - Tatunaşvilinin cəsədinin uğranması barəsində Rusiya Patriarxlığı ilə əlavə komunikasiya olmayıb

Tatunaşvilinin cəsədinin uğranması barəsində Rusiya Patriarxlığı ilə əlavə komunikasiya olmayıb, – bu barədə, Tsilkanidə, Arçil Tatunaşvilinin ailəsinə baş çəkərkən Bütün Gürcüstanın Katolikos-Patriarxının varisi, Şio Muciri bildirdi.

“Deyildi ki, ən yaxın vaxtlarda cəsədin uğranması baş verəcəkdir. Lakin təəssüflər olsun ki, bu alınmır. Çox narahatıq ki cəsədin uğranması bu qədər uzandı və ailəsinə imkan verilmir ki, cəsəd xristian adət-ənənələri ilə dəfn edilsin”, – Şio Muciri bəyan etdi.

Şio Muciri Tsilkaniyə bir neçə din xadimi ilə birlikdə getdi. Şio Mucirinin jurnalistlərə bəyan etdiyinə görə, dini xadimlər Arçil tatunaşvilinin ailəsinə başsağlığı verdilər.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, fevralın 22-də işğal olunmuş Sxinvalinin nümayəndələri Gürcüstanın üç vətəndaşınl – Arçil Tatunaşvili, Levan Kutaşvili və Yoseb Pavliaşvilini qeyri qanuni yaxaladı. Fevralın 23-də məlum oldu ki, yaxalanmış Arçil Tutunaşvili müəyyən olunmayan durumda vəfat etdi.