İsrail Suriya hərbi bazasına aviazərbə endirdi
İsrail Suriya hərbi bazasına aviazərbə endirdi

İsrail aviasiyası Dəməşqdən bir neçə kilometr aralıda yerləşən bazaya zərbə endirdi. Məlumatı Suriya Dövlət televiziyasına istinad edərək BBC yayır.

Suriyanın İnsan Haqqları Observatoriyasının nümayəndələri təsdiq edirlər ki, gecə Dəməşqdə partlayış səsləri eşidilirdi.

İsrail, Suriya hərbi bazasına aviazərbəni, bu vaxta qədər təsdiqləməyib.

Qərb mediyasının məlumatına görə, İsrail hökuməti qeyd olunan qərarı, İran İslam Respublikasının, Suriya ərazisində hərbi bazasının inşasını planlaşdırdığı məlum olduqdan sonra, qəbul etdi. İsrailin baş naziri Benyamin Netanyahu bəyan etdi ki, İsrail yol verməyəcəkdir ki, İran Suriyada mövqelərini gücləndirsin.

İran Suriya prezidenti, Bəşər Əl Əsədin əsas müttəfiqlərindən biridir.