İdlib əyalətində Rusiya hərbi aviasiya zərbəsi nəticəsində 10 dinc vətəndaş həlak oldu
İdlib əyalətində Rusiya hərbi aviasiya zərbəsi nəticəsində 10 dinc vətəndaş həlak oldu

Suriyanın İdlib əyalətində Rusiya hərbi aviasiya bombalanması nəticəsində 10 dinc vətəndaş həlak oldu.

“Daily Sabah” türk nəşrinin məlumatına görə, rus hərbi təyyarələrinin aviazərbələri hədəfi xəstəxanalar və çörək bişirilən yerlə idi. Nəşr yazır ki, bombalama nəticəsində 37 nəfər bədən xəsarəti aldı. Xəstəxana isə, dağıldı.

Məlumat yayılır ki, Ariha şəhərində həyata keçirilən bombalama nəticəsində xəstəxananın bir neşə əməkdaşı da həlak oldu. Bombalanma yerində axtarış-xilasedici əməliyyatı aparılır.

Şərh yaz