Türkiyə Müdafiə Nazirliyi – Türkiyə aviasiyası İraqda “Kürdüstan Fəhlə Partiyası” mövqelərinə aviazərbə nəticəsində 81 hədəfi məhv etdi

11:14, 15.06.2020

Türkiyə aviasiyası İraqda “Kürdüstan Fəhlə Partiyası” mövqelərinə aviazərbə nəticəsində 81 hədəfi məhv etdi. Bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi “tvitter” səhifəsində yayır.

“Əməliyyat nəticəsində ölkəmizə, millətimizə və sərhədlərimizə hədə-qorxu gələn terrorçuların 81 obyekti məhv edilib. O cümlədən gizləndikləri yerlər və mağaralar məhv edildi”, – bəyanatda deyilir.

Türkiyə Müdafiə Nazirliyində bəyan etdiklərinə görə, hərbi hava əməliyyatı İraq ərazisində, Sincar, Kandil və başqa rayonlarda həyata keçirildi.

Oxşar